“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinə start verilib

17 fevral tarixindən etibarən ikinci “Yüksəliş” müsabiqəsinin
qeydiyyat mərhələsinə start verildi. 21–51 yaş arasında olan, ali
təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan
Respublikasının vətəndaşları qeydiyyatdan keçərək müsabiqədə
iştirak edə bilər.

Qeydiyyat “Yüksəliş” müsabiqəsinin saytı (www.yukselish.az) vasitiləsilə
həyata keçirilir və təqribən 1 ay davam edəcək.

Müsabiqə Qeydiyyat, Onlayn , Əyani , Yarımfinal və Finaldan
ibarət olmaqla 5 mərhələdən ibarətdir. Qeydiyyat mərhələsində
müsabiqədə iştirak etmək hüququna malik olan şəxslər
www.yukselish.az rəsmi internet səhifəsində Şəxsi Kabinet
yaratmaqla və qeydiyyat formasını (anketi) doldurmaqla qeydiyyatdan
keçə bilərlər.

Müsabiqənin yekunlarına əsasən, “Yüksəliş” qalibi elan olunan 20
iştirakçı bir illik İdarəçi rəhbərlərin iştirakı ilə mentorluq
proqramına qoşulma, və fərdi inkişaf üçün 20 min manat pul mükafatı
qazanmaq imkanı əldə edəcək.

İlk müsabiqədə qeydiyyat üçün 11760 nəfər müraciət edib,
onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Teqlər: