Tehranda partlayış olub: 9 ölü

Xəbər - Elnur Bağışov – Trend:

İranın Tehran vilayətinin Vəhidiyyə qəsəbəsində üçmərtəbəli
binada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 9 nəfər
yaralanıb.

AzerTimes-ın məlumatına görə, bunu Tehran vilayəti Qırmızı Aypara
Cəmiyyətinin direktoru Şahin Fəthi deyib.

Ş.Fəthinin sözlərinə görə, hadisə baş verdiyi ilk saatda 3 nəfər
binanı tərk edib, 6 nəfər uçqunlar altından sağ çıxarılıb.

Xilasetmə əməliyyatı 11 saat davam edib.

Hadisə qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırma
aparılır.