“Yüksəliş” müsabiqəsinin qalibi Kapital Bank-ın əməkdaşları ilə görüşüb (FOTO)

Bildiyiniz kimi, artıq iki ildir ki, Azərbaycanda idarəetmə
bacarıqları və yüksək sosial intellekti ilə fərqlənməyi bacaran
perspektivli liderlərin müəyyən edilməsi məqsədilə “Yüksəliş”
müsabiqəsi keçirilir. Layihənin bir hissəsi olaraq müsabiqənin
qalibləri idarəçi rəhbərlər tərəfindən mentorluq sessiyaları
alırlar. Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev
müsabiqənin ötən ilki qaliblərindən olan Fəxri Hüseynova mentorluq
edir.

Bu təşəbbüs çərçivəsində, Fəxri Hüseynov 24 may 2022-ci il
tarixində “Yüksəliş”dəki uğur hekayəsini danışmaq və tövsiyələrini
paylaşmaq məqsədilə Kapital Bank-da işləyən və müsabiqənin seçim
mərhələlərində iştirak edən əməkdaşları ilə görüşüb. Görüş zamanı
Rövşən müəllim və Fəxri müəllim bu müsabiqənin əhəmiyyəti,
iştirakçıların liderlik təcrübələrinə qatacağı dəyər barədə danışıb
və ünvanlanan sualları cavablandırıblar.

Qeyd edək ki, “Yüksəliş” – istedadlı kadrların seçilməsi,
inkişaf etdirilməsi üzrə olan bir müsabiqədir. Qaliblər ölkədə kadr
ehtiyatının inkişafı proqramında iştirak etmək, rəqiblərə öz
bacarıq və intellekti ilə üstün gəlmək, həmçinin ölkənin gələcəyini
quracaq şəxslərdən biri olmaq imkanı qazandırır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/krdt,
BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

Teqlər: