Yoluxmanın azalması virusun tam bitməsi demək deyil – İnfeksionist

Ölkəmizdə koronavirusa yoluxma halları getdikcə azalır.

Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

“Yoluxmanın azalması virusun tam bitməsi demək deyil.
Koronavirusa yoluxmanın azalması mövsümlə bağlı olsa da, əsas səbəb
ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsidir. Ölkə
əhalisinin təxminən 80%-nə qədəri iknci doza vaksin olunub. Üçüncü
doza vaksin vurduranlar da kifayət qədərdir. Yoluxmanın azalması
insanları aldatmasın. Vətəndaşlarımıza tövsiyəmiz odur ki, vaksin
olunsunlar.

Vətəndaşlarımız üçün aktual olan suallardan biri də fərqli
vaksinlər vurdurarkən “problem olmaz ki?” sualıdır. Lakin üç fərqli
vaksin vurula bilər. Vaksinlər fərqli olsalar da, əsas mexanizmləri
koronavirusa qarşı antitellər yaratmaqdır. Buna baxmayaraq, bir
vaksinin azı iki dəfə vurulması daha effektiv nəticə verir”, –
M.Əliyev əlavə edib.

Qeyd edək ki, dünənə olan məlumata görə, Azərbaycan
Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni
yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzerTimes-a verilən
xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 876 nəfər koronavirus
infeksiyasına yoluxub.

Teqlər: