Yevlaxda evdən oğurluq edən keçmiş məhkum saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər
nəticəsində rayon ərazisindəki evlərin birindən pul oğurlamaqda
şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a verilən məlumata görə, Yevlax
RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən
rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Əhmədov saxlanılıb.
Araşdırmalarla onun 100 min rubl, 500 ABŞ dolları və 150 manat pul
oğurladığı müəyyən edilib.

Faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və X.Əhmədovun
digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində
araşdırmalar davam etdirilir.

Teqlər: