Yevlaxda ağır yol qəzası baş verib (FOTO)

Yevlax. Trend:

Yevlaxda ağır yol qəzası baş verib.

AzerTimes-ın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax
avtomagistralının Aşağı Qarxun kəndindən keçən hissəsində qeydə
alınıb.

Sərnişinlə dolu mikroavtobus Bakı istiqamətində hərəkətdə
olarkən traktorla toqquşub. Qəza nəticəsində 3-ü uşaq olmaqala 13
nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax
şəhər Mərkəzi xəstəxasına çatdırılıb. Onlara ambulator müayinə
gösdərilib. Ciddi xəsarətlər olmadığından xəstələr evə
buraxılıb.

Qeyd edək ki,Yevlaxın Aşağı Qarxun kəndi ərazisində baş verən
ağır qəzada xəsarət alanların əksəriyyəti Goranboy rayon
sakinləridir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: