Yevlaxda ağır qəza: ölü və yaralılar var

Yevlaxda ağır qəza: ölü və yaralılar var

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes Report-a istinadla xəbər verir ki, 2 avtomobilin toqquşması nəticəsində Salyan rayon sakini, 1985-ci il təvəllüdlü G.Kərimova hadisə yerində dünyasını dəyişib.

Daha yeddi nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıblar.

Onlardan bir neçəsi bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: