İran əsgərlərini üz-üzə qoymağa çalışdılar – Bagiri

İran əsgərlərini üz-üzə qoymağa çalışdılar – Bagiri

İran hibrid təhdidlərə qarşı hazır olmalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri İran ordusunun Baş Qərargah rəisi Məhəmməd Bagiri deyib.

O bildirib ki, hazırda müxtəlif təhdidlərlə üz-üzəyik:

“Hərbi təhdid, təhlükəsizlik təhdidi, hətta bəzən naməlum təhdid… Biz belə konfrantasiyalara hazır olmalıyıq”.

Bagiri əlavə edib ki, son günlər düşmənlər ölkəyə qarşı “böyük sui-qəsd və üsyanlar” həyata keçirmək və onun inkişafına mane olmaq üçün bəhanəyə əl atıblar.

O, həmçinin düşmənin İran silahlı qüvvələrində nifaq salmaq cəhdləri barədə xəbərdarlıq edərək bildirib ki, onlar məqsədlərinə nail ola bilməyiblər.

Teqlər: