Yevlax sakininin meyiti Gədəbəydə tapıldı

Yevlax sakininin meyiti Gədəbəydə tapıldı

Gədəbəy rayonunun Slavyanka kəndində 38 yaşlı kişinin meyiti aşkarlanıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, Yevlax rayon Aran qəsəbə sakini, 1985-ci il təvəllüdlü Nahid Mətləb oğlu Həsənovun meyiti Gədəbəy rayon sakininə məxsus evin həyətində aşkarlanıb.

O, məsələ ilə bağlı polisə məlumat verib və əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma zamanı həmin şəxsin naməlum şəraitdə öldüyü məlum olub. N.Həsənovun meyit tibbi ekspertizaya təhvil verilib.

Qeyd edək ki, meyti aşkarlanan şəxsin Gədəbəydə gün ərzində muzdlu işlə məşğul olduğu, gecələr isə müxtəlif yerlərdə gecələdiyi bildirilir.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Teqlər: