Putin və Szinpin geniş tərkibdə görüş keçirir

Putin və Szinpin geniş tərkibdə görüş keçirir

Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Szinpin arasında ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə Kremldə geniş tərkibdə danışıqlar davam edir.

AzerTimes xəbər verir ki, Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, görüş Kreml Sarayının Aleksandr zalında keçirilir.

Danışıqlardan sonra sənədlərin imzalanması və liderlərin media üçün bəyanatlar verməsi gözlənilir. Bundan sonra isə proqram Fasetlər sarayında dövlət ziyafəti ilə başa çatacaq.

Teqlər: