Yeravanda 40 min nəfərin iştirakı ilə etiraz aksiyası keçirilir

Ermənistan müxalifəti şənbə günü axşam Yerevanda 40 min nəfərin
iştirakı ilə etiraz aksiyası keçirir.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi
Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib.

“Ən təvazökar hesablamalara görə, hazırda Yerevanda Milli
Müqavimət Hərəkatının mitinqində 40 mindən çox insan iştirak edir.
Etirazçıların sayı yeni iştirakçılarla artır”, – deyə A.Aşotyan
bildirib.

O qeyd edib ki, aksiyanın iştirakçıları Ermənistanın baş naziri
Nikol Paşinyanın dərhal istefasını tələb edirlər.