Yeni Zelandiyanın baş naziri koronavirusa yoluxub

Yeni Zelandiyanın baş naziri Casinda Ardern koronavirusa
yoluxub.

Trend xəbər verir ki, bu barədə baş nazir özünün “İnstagram”
hesabında yazıb.

“Bütün səylərimə baxmayaraq, təəssüf ki, ailəmin qalan hissəsinə
qoşuldum və COVID-19 üçün götürülən testin nəticəsi müsbət çıxdı”,
– deyə baş nazir bildirib.