ABŞ Avropada 10,5 min hərbçi yerləşdirməyə hazırlaşır

ABŞ yaxın aylarda rotasiya çərçivəsində Avropada təxminən 10,5
min hərbçi yerləşdirəcək.

Trend xəbər veri ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi
deyib.

Onun sözlərinə görə, bu hərbi hissələr əvvəllər “Avropa
əməliyyatlar teatrında” yerləşdirilən ordu hissələrini əvəz
edəcək.

C.Kirbi qeyd eidb ki, bölmələr “məsuliyyətin lazımi şəkildə
ötürülməsinə uyğun olaraq” yerləşdirilmə yerlərinə qayıdacaqlar, bu
proses bir neçə ay çəkəcək.

Pentaqonun nümayəndəsi həmçinin vurğulayıb ki, bu hərbçilər “Ukraynada döyüşməyəcəklər”.