Yeni Zelandiya sahillərində 5,5 bal gücündə zəlzələ olub

Yeni Zelandiya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Blaff şəhərindən 1576,8 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.