Bayden ABŞ hərbçilərinin Əfqanıstandan çıxarılması üzrə planlarını dəyişməyəcək

ABŞ prezidenti Cozef Bayden “Taliban” radikal hərəkatının Əfqanıstanda irəliləməsinə baxmayaraq ABŞ qoşunlarının bu ölkədən çıxarılması planlarını dəyişdirmək niyyətində deyil.

Trend xəbər verir ki, bu barədə “The New York Times” qəzetinə mənbə məlumat verib.

Onun sözlərinə görə, Ağ Evin rəhbəri Əfqanıstan hökumətinin “Taliban”la mübarizə aparmaq üçün kifayət qədər qüvvəyə malik olduğuna inanır.

Mənbə qeyd edib ki, C.Bayden qoşunların çıxarılmasına baxmayaraq münaqişənin həlli üçün danışıqları davam etdirmək niyyətindədir.