Yeni Samsung Galaxy S22 və Galaxy S22+ flaqmanlarını əldə etmək üçün əsas 4 səbəb

Qlobal elektrotexnika və texnologiya nəhənginin bu yaxınlarda
təqdim etdiyi yeni məhsul xətti əsl səs-küyə səbəb oldu. Yeni
Galaxy S22 və Galaxy S22 + smartfonları dərhal diqqəti özlərinə
cəlb edərək, müsbət rəylər eldə etdilər. Gəlin, bu flaqmanların
xüsusiyyətlərini yaxından incələyək və seçiminizin niyə məhz bu
smartfonlar olması səbəblərinə nəzər salaq.

1) Burada ilk növbədə, əla displeyi qeyd etmək lazımdır. Uzun
illərdir ki, Samsung cihazlarında istifadə etdiyi bütün displey
texnologiyalarını özü istehsal edərək, uğur qazanır və bu sahədə
onun bazarda birbaşa rəqibi demək olar ki, yoxdur. Vizual olaraq,
Samsung Galaxy S22 və Galaxy S22+ ekran ölçüsü ilə fərqlənir.
Galaxy S22 Dinamik AMOLED 2X 6.1 ″ FHD+, təsvir ölçüsü 2400 × 1080,
piksel sıxlığı 425 ppi olan ekrana malikdir, Galaxy S22+ isə
2340×1080 təsvir ölçüsü və 393 ppi sıxlığı ilə 6,6” eyni tip
ekranla təchiz olunub. Sözü gedən bu displey, LTPO texnologiyası
ilə hazırlanmışdır və 120Hz-ə qədər yenilənmə tezliyini
dəstəkləyir. Həmçinin, smartfonların displeyi Vision Booster
(parlaq gün və ya gecə işığı üçün təzadlığın tənzimlənməsi) və Eye
Comfort Shield (zərərli mavi işığa nəzarət) funksiyalarını
dəstəkləyir. Əlavə olaraq, qeyd etmək lazımdır ki, Galaxy S22+
yüksək parlaqlıq ehtiyatına malik olub, pik nöqtəsində 1750 nits
göstəricisini ifadə edir. Bu bacarığın sayəsində, bu ekranda hətta
ən parlaq günəş işığında belə, hər detalı aydın şəkildə görə
bilərsiniz.

2) İkinci səbəb, əlbəttə ki, kameralardır. Smartfonlar peşəkar
dərəcəli 3 kamera ilə təchiz olunub ki, bu da ən əlverişsiz
şəraitlərdə belə gözəl şəkillər çəkməyə imkan yaradır. Kamera
blokuna aşağıdakılar daxildir:

• Süni zəka sayəsində gecələr fantastik fotolar çəkən 50 MP
geniş bucaqlı kamera.

• 120° baxış bucağı olan 12 MP ultra geniş kamera.

• 3x optik böyütmə və təsvir sabitləşdirməsi ilə telefoto
obyektiv (10 MP).

Smartfon həm də xüsusi rejimlər sayəsində sizə özünüzü peşəkar
fotoqraf kimi hiss etmək imkanı yaradır. Buna misal olaraq,
Nightography rejimini qeyd etmək olar ki, proqram təminatı və optik
sabitləşməni özündə birləşdirən bu rejim, hətta zəif işıqlandırma
şəraitində belə, yüksək keyfiyyətli foto və videolar təqdim edir.
Üstəlik, Super Night Solution-un köməyi ilə günün qaranlıq vaxtında
video çəkiliş etdiyiniz zaman aydın detallı məzmun yarada
bilərsiniz.

Ön kamera burada 10 MP təsvir ölçüsünə malikdir, əla selfilər
çəkməyə imkan yaradır və mükəmməl fotoşəkillər əldə etmək üçün bir
çox rejimi dəstəkləyir.

3) Güclü içlik – cihazlar Exynos 2200 üzərindən işləyir. Bu, 4
nm texniki standarta uyğun hazırlanmış səkkiznüvəli prosessordur.
İstehsalçı qeyd edir ki, bu innovativ çip “Galaxy” seriyasında
təmsil olunmuş ən sürətli prosessordur. Ən əsası, sözü gedən bu
çipset, yeni effektiv qrafen istilik paylayıcısı ilə qızmalara daha
davamlıdır. AMD ilə birgə hazırlanmış Xclipse 920 sürətləndiricisi
isə burada qrafika üçün cavabdehdir. Quraşdırılmış yaddaş – 8 GB
RAM və daxili isə 128 və ya 256 GB təşkil edir.

4) Böyük tutumlu batareya və sürətli yükləmə. Galaxy S22
seriyasının super güclü və ağıllı batareyası sizin tələb və
maraqlarınıza uyğunlaşır. O, ən çox ehtiyac duyduğunuz anda
enerjiyə qənaət edir və batareyanın ömrünü uzadır. Qeyd edək ki,
smartfonların həm də batareya tutumu fərqlidir. Samsung Galaxy S22+
4500 mAh, Samsung Galaxy S22 isə 3700 mAh batareyaya malikdir.

Xatırladaq ki, Samsung Galaxy S22 smartfonları artıq Azərbaycan
bazarında da satışa çıxarılıb. Galaxy S22 məhsul xəttinin ən son
cihazları haqqında əlavə məlumatı Samsung-un rəsmi internet
saytından, həmçinin Baku Electronics, Irshad, Kontakt Home,
Maxi.az, Soliton, World Telecom və Optimal mağazalar şəbəkəsində
əldə bilərsiniz.

Teqlər: