Yeni islahat mərhələsi 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq – Nazir

Yeni islahat mərhələsi 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq. Bunun üçün illik əlavə 1,5 milyard manat nəzərdə tutulub.

AzerTimes-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev media qurumlarının rəhbərləri ilə görüşdə deyib.

Qeyd olunub ki, vətəndaş rifahının təminatı Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir:


“Dövlət başçısının yeni imzalanan Sərəncamları da bunun əyani nümunəsi olmaqla, 1 milyonadək işçinin əməkhaqqının artırılmasını təmin edir. Bu artım üçün illik 742 milyon manat əlavə vəsait ayrılıb. Bu artımlarla cənab Prezidentin 2021-ci il 16 oktyabr tarixli Sərəncamı əsasında sosial islahatların yeni mərhələsi başlanır. Yeni islahat mərhələsi 2,1 milyondan çox vətəndaşın rifahına dəstək olacaq. Bunun illik əlavə 1,5 milyard manat nəzərdə tutulub.

Ümumən son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 37%, median əməkhaqqı 74%, əməkhaqqı fondu 92% artıb. Minimum pensiyada 82%, orta aylıq pensiyada 60%, müavinət və təqaüdlərdə orta hesabla iki dəfə artım baş verib”, – nazir bildirib.

Teqlər: