Azərbaycan və Türkiyə universitetləri arasında kosmik tədqiqatlar üzrə ikili diplom proqramı həyata keçiriləcək

Xəbər - Çingiz Səfərli – Trend:

Kosmik tədqiqatlar üzrə Türkiyə universitetləri ilə ikili diplom proqramı həyata keçirmək istəyirik.

Trend xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, universitetin təhsil sistemində böyük dəyişiklik aparılması nəzərdə tutulur.

“Bu istiqamətdə Türkiyənin təcrübələrindən faydalanmaq və təhsil sistemimizi Türkiyə təhsil sisteminə inteqrasiya etməyi hədəfləyirik. Həmçinin qarşılıqlı mübadilə ilə il ərzində biz Türkiyə universitetlərinə onlarla tələbə və müəllim göndərmək istəyirik” – deyə rektor qeyd edib.

Teqlər: