Yəni biz bir senatoru maliyələşdirə bilmərik?

Yəni biz bir senatoru maliyələşdirə bilmərik?

Beynəlxalq arenada təklənmək dövlətin bəzi strukturlarının özfəaliyyətinin uğursuzluqlarının nəticəsidir.

AzerTimes xəbər verir ki, bu sözləri Ağ Partiyanın sədri Tural Abbaslı Sosial Tədqiqatlar Mərkəzi İdarəsinin “Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə” mövzusunda konfransında çıxışı zamanı deyib.

“Erməni vəhşiliyini göstərən Xocalı soyqrımı kimi yüzlərlə video və fotolarla dəlillərin olmasına baxmayaraq, bir kadr belə dünya ictimaiyyətinə təqdim edilmir. Ona görə də dünyada təsdiq olunmamış videokadrlara görə Azərbaycan təklənir. Bu, acınacaqlı haldır. ABŞ səfiri Azərbaycanda ola-ola prokurorluq məsələyə hüquqi qiymət vermədən bunu qətiliam adlandıraraq pisləyir. Təəssüf ki, XİN həmin səfiri çağıraraq ABŞ-a heç kiçik bir nota ünvanlamır.

Hazırda beynəlxalq aləmdə “hüquq ölüb” deyə bir fikir var. Bu dəqiqə heç kimin beynəlxalq hüquq anlayışı yoxdur. Kimin gücü, pulu və dəstəyi varsa, onun dediyi haqq-ədalət olub.

Buna görə iki istiqamətdə iş aparılmalıdır: beynəlxalq hüquqi mübarizə və beynəlxalq ictimai rəy.

Amerikanın məhşur müğənnilərindən biri Şerin Azərbaycan-Ermənistan və Hadrud haqqında münasibət bildirir. Biz doğurdanmı dünyada tanınmış simaların bir neçəsini Azərbaycan həqiqətlərinə inandıra bilmirik?! Yəni bu kampaniyanın aparılmasına investisiya ayıran kəs yoxdurmu? Belə məqamlarda çıxıb həqiqəti səsləndirməsi üçün bir senatoru maliyələşdirəcək adamımız yoxdurmu?

Düşünürəm ki, bu imkan çoxlarında var. Sadəcə Vətən üçün insanın ürəyi titrəməli, canı yanmalıdır”, – T.Abbaslı bildirib.

Teqlər: