ABŞ imkan vermir, ona görə savaş qızışır – Türk professor

ABŞ imkan vermir, ona görə savaş qızışır – Türk professor

İki gün öncə Krım körpüsündə partlayış törədildi. Avqust ayında isə Duqinin qızı sui-qəsd nəticəsində öldürüldü. Qərb Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik rolunun artmasını, tərəflərin danışıqlar masasına oturmasını istəmir.

Bu sözləri AzerTimes-a Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevi və digər şəhərləri yenidən intensiv raket atəşinə tutmasını şərh edən Mərmərə Universitetinin professoru Giray Saynur Derman deyib.

Professorun sözlərinə görə, hücumların və döyüşlərin şiddətlənməsi sülhlə bağlı ehtimalları mümkünsüz edir:

“ABŞ üçün müharibənin davam etməsi daha məqbuldur. Çünki Amerika Rusiyanın Qara dənizdə güclənməsini istəmir. Hazırki mərhələdə Moskva və Kiyev arasında hər hansı bir formada razılaşma olacağını düşünmürəm. Çünki Putin də son dərəcə kinli liderdir. Bundan sonra vəziyyət daha da gərginləşəcək. Krım körpüsündəki partlayışdan sonra Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyakın Tvitterdə bunun hələ başlanğıc olduğunu yazması da vəziyyəti gərginləşdirdi. Rusiya mülki obyektləri vurmaqla çox böyük yanlış edir. Əgər tərəflər dialoq istəyirlərsə, vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməlidirlər. Rusiya dünyanı nüvə müharibəsi ilə təhdid etsə də, heç kim nüvə müharibəsini və onun yaradacağı fəlakəti gözə ala bilməz. Noyabrda İndoneziyada keçiriləcək G-20 sammitində Putin və Zelenskinin görüşə biləcəyi haqqında məlumat da yayıldı. Döyüşlərin şiddətlənməsi ilə liderlərin görüş ehtimalı demək olar ki, sıfra endi. İndi tərəflər bir-birini üstləməyə, gücsüz olmadığını sübut etməyə çalışır. Ona görə döyüşlər daha şiddətlənəcək”.

Teqlər: