Yəmən Prezidenti Abd Rabbu Mansur Hadi istefa verib – KİV

Yəmən Prezidenti Abd Rabbu Mansur Hadi istefa verib.

Trend xəbər
verir ki, bu barədə “Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti Hadini istefaya
getməyə və səlahiyyətləri İdarəetmə Şurasına təhvil verməyə məcbur
edib.

Bəzi mənbələrə görə, Səudiyyə rəsmiləri Hadini hakimiyyətdən
getməyə razı salmağa çalışaraq, onun korrupsiya fəaliyyəti ilə
bağlı iddia edilən sübutları yaymaqla hədələyiblər. Hazırda
prezidentin faktiki olaraq ev dustaqlığında olduğu bildirilir.

Qeyd edək ki, aprelin 7-də Yəmən Prezidenti hakimiyyəti yeni
yaradılan İdarəetmə Şurasına təhvil verdiyini bildirib. Şuraya
Yəməndəki müxtəlif 8 siyasi və hərbi qüvvələrin liderləri, o
cümlədən ölkənin cənubundakı separatçı Cənubi Yəmənin Keçid Şurası
daxildir. Şuranın yaradılması Ər-Riyadda məsləhətləşmələrdən sonra
elan edilib və onun iştirakçıları yeni güc strukturunu husilərlə
danışıqlara başlamağa çağırıblar.

Teqlər: