Fİnlandiyada yüngül motorlu təyyarə qəzaya uğrayıb

Finlandiyanın Yyvaskula şəhəri yaxınlığında yüngül motorlu
təyyarə qəzaya uğrayıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, nəticədə təyyarənin pilotu
dünyasını dəyişib.

Hadisə Tikkakoski hava limanında baş verib. Mərkəzi
Finlandiyanın xilasetmə xidmətinin məlumatına görə, pilotun
cəsədini hadisə yerinə gələn xilasedicilər aşkar ediblər.

Təyyarənin göyərtəsində sərnişin olmayıb.

Hazırda yerli polis qəzanın səbəblərin araşdırır.