Yelo Bankın İnternet Bankçılıq xidmətində yenilik

Yelo Bank İnternet Bankçılıq (İB) xidmətini müştəriləri üçün
rahatlaşdırmağa davam edir. Artıq hüquqi şəxs və sahibkarlar İB
xidmətinə Google Authenticator vasitəsilə giriş edə biləcəklər.

Google Authenticator istifadəçinin internet bankçılıqa daxil
olmaq üçün birdəfəlik 6 rəqəmli rəqəmsal şifrə təqdim edən iki
addımlı identifikasiya üsuludur. Bu identifikasiya alətinin əsas
üstünlüyü harada olmağınızdan asılı olmayaraq internet şəbəkəsi
varsa, tam təhlükəsiz İB xidmətinə giriş imkanını təqdim
etməsidir.

Bu funksionallığı şəxsi kabinetdə tənzimləmələr hissəsindən
aktivləşdirmək mümkündür. Smartfona Google Authenticator mobil
əlavəsini yükləməklə kabinetdə təsvir olunmuş QR kodu tətbiqdə skan
edə və ya QR-ın aşağısındakı kodu daxil etməlisiniz. Qeyd edək ki,
İB xidmətinə həmçinin, elektron poçt ünvanı və ASAN imza ilə giriş
imkanı da var.

Yelo Bankın ən müasir texnoloji həllər əsasında qurulmuş
İnternet Bankçılıq xidməti sayəsində filiallarda təklif olunan bank
xidmətlərindən distant və təhlükəsiz şəkildə, 24/7 yararlanmaq
mümkündür. Xidmətə qoşulmaq üçün Yelo Bank filialına yaxınlaşıb
hesab aça bilərsiniz. Bankda hesabı olan müştərilərin isə onlayn
qeydiyyatdan keçmələri kifayətdir (https://ibank.yelo.az/az/login).
İB xidmətində aşağıdakı bir çox imkanlardan faydalana
bilərsiniz:

  • Bir və ya bir neçə hesab üzrə gəlir və xərclərin dinamikasının
    qrafikini izləmək
  • Ödənişlərin müddətini əhəmiyyətli dərəcədə azaldacaq
    şablonların yadda saxlanılması və avtomatik ödənişlərin yaradılması
    funksiyaları
  • Məzənnənin rezervasiyası imkanı. Bu funksiya optimal valyutanın
    alış-satış nisbətini əldə etməyə imkan verir
  • Kredit sifarişi və ödəniş cədvəli
  • Kartların onlayn idarəedilməsi (mədaxil, bloklaşdırma, blokdan
    çıxarılma)
  • Bütün işçilərin əmək haqlarının bir dəfəyə ödənilməsi
  • Fərdi funksionallığı olan işçilərin əlavə edilməsi
  • Kütləvi ödənişlər
  • Tam onlayn bank
    qarantiyası
    məktublarının alınması və s.

Bütün bu funksiyalar şirkətlərin işini rahatlaşdırmaq,
sənədləşmənin həcmini azaltmaqla yanaşı, şirkət hesabları və
əməliyyatlarına nəzarəti də gücləndirəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: