Yelo Bank-dan fond vəsaiti hesabına güzəştli biznes kreditləri

Sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və
maliyyələşməsinə hər zaman dəstək olan Yelo Bank real sektorun
inkişafı istiqamətində geniş imkanlar yaradır. Belə ki, Bank
fondlarla əməkdaşlıq çərçivəsində illik 5%-dən başlayan biznes
kreditləri təklif edir.

Bu istiqamətdə əməkdaşlıq aparılan Sahibkarlığın İnkişafı Fondunun
vəsaiti hesabına Yelo Bank-dan 10 milyon manatadək biznes kreditini
60 ayadək və illik cəmi 5% ilə əldə etmək mümkündür. Kredit üçün
müraciət edən sahibkarlara 24 ayadək güzəşt müddəti də şamil
olunur.

Yelo Bank həmçinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi” ilə
əməkdaşlıq çərçivəsində regionlarda sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki və hüquqi şəxslərə də güzəştli şərtlərlə aqrar
kreditlər təklif edir.

Əməkdaşlıq müqaviləsinə əsasən, agentliyin vəsaiti hesabına Yelo
Bank-ın təqdim etdiyi kreditlər illik cəmi 7% ilə kənd təsərrüfatı
üzrə aqrar sahənin inkişafı və sahibkarlıq təşəbbüslərinin
dəstəklənməsi məqsədilə veriləcəkdir. Kredit vəsaitinin maksimal
həddi 200 000 AZN, müddəti isə 60 ay təşkil edir. Əlavə olaraq,
kredit götürmüş sahibkarlar 12 ayadək güzəşt müddəti üstünlüyündən
də faydalana bilərlər.

Daha ətraflı məlumat və onlayn sifariş üçün: https://www.yelo.az/az/business/loans

Biznes kreditləşməsi Yelo Bank üçün prioritetlər sırasındadır. Ötən
il olduğu kimi, 2022-ci ildə də Bank ölkədə sahibkarlığın inkişafı
istiqamətində işlər görməyə davam edəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: