2021-ci ildə Carlsberg Azerbaijan şirkətinin büdcəyə vergi ödənişləri 9% artıb (FOTO)

Şirkətin 2021-ci il üzrə nəticələri

COVID-19 pandemiyası dövründə bazar dəyişkənliyi
səbəbindən satış həcminin 2021-ci ildə 2.7*% azalmasına baxmayaraq
Carlsberg Azerbaijan şirkətinin vergi ödənişləri 9% artaraq 38.8
mln. manat təşkil edib.

Satış həcminin artımı müasir satış kanalı (mağaza şəbəkələri)
üzrə 6.7%, “on-trade” (kafe və restoranlar) və
DIOT (mağazalarda çəllək pivəsi) üzrə isə 20.5%
təşkil edib. Sözügedən artım pandemiya şəraitində tətbiq edilmiş
məhdudiyyətlərin aradan qaldırılmasından sonra çəllək pivəsinin
satışının bərpası ilə bağlıdır. Digər tərəfdən, istehlakçıların
kafe və restoranlara qayıdışı ənənəvi (kiçik mağazalar) ticarət
kanalı üzrə satış həcminin 9.8% azalmasına gətirib
çıxarıb.

Şirkət brendləri

Şirkətin əsas brendləri 2021-ci ildə satış həcmində artım
nümayiş etdirib. Flaqman brend olan Xırdalan
2020-ci ildə həyata keçirilmiş redizayn və HoReCa (otel, restoran,
kafelər) kanalının əhatəsinin təkmilləşdirilməsi sayəsində artım
(+3%) nümayiş etdirib. Klassik pivədə daima
misilsiz yenilik axtaran istehlakçılar üçün nəzərdə tutulmuş
Kuler brendi isə yeni “Kuler Sweet Lime” dadının
təqdim edilməsi, Abşeron çimərliklərində təşkil edilmiş aksiyalar
və reklam kampaniyaları sayəsində çox yüksək nəticələr
(+16%) nümayiş etdirib.

“Baltika” brendi altında “Baltika 0 Moruq”,
“Baltika 0 Laym” və 2020-ci ildə təqdim edilmiş
“Baltika 0 Qreypfrut” dadları ilə alkoqolsuz
məhsullar xəttinin inkişafına verilən əhəmiyyət sayəsində bu
kateqoriyanın şirkətin portfelində 31% artımı
mümkün olub. Ölkənin iri şəhərlərində təqdim olunan, Carlsberg
Group-un qlobal portfelindən premium brendlər – Danimarkanın
əfsanəvi Carlsberg lageri və Fransanın aparıcı
brendlərindən olan Kronenbourg 1664 Blanc satış
həcmi müvafiq olaraq 57%49%
artmışdır. Buna baxmayaraq, 2020-ci ildə şirkət brendlərinin bir
hissəsi neqativ dinamika nümayiş etdirib: Əfsanə
-16%
, Tuborg -19%.

Xammal və materialların lokallaşdırılması

İdxaldan asılılığın azaldılması məqsədi ilə şirkət pivə
istehsalı sənayesində istifadə olunan xammal və materialların
lokallaşdırılmasına xüsusi diqqət ayırır. 2021-ci ilin sentyabr
ayında Carlsberg Azerbaijan şirkəti ilk dəfə Azərbaycan
arpasından istifadə edərək Xırdalan pivəsini bişirib
.
Arpanın lokallaşdırılması layihəsinə 2019-cu ildə “AzərŞəkər”
şirkəti ilə birgə start verilib, 2022-2023-cü illərdə isə
istehsalın tamamilə yerli arpaya keçirilməsi planlaşdırılır. Bundan
əlavə, 2021-ci ildə şirkət yerli istehsal olan etiketlərdən
istifadə etməyə başlayıb və hazırda yerli şüşə və PET qablaşdırma
istehsalçıları ilə danışıqlar aparır.

Dayanıqlı inkişaf

“Carlsberg Group”un “Birlikdə SIFIRA Doğru
uzunmüddətli dayanıqlı inkişaf proqramının həyata keçirilməsi
çərçivəsində şirkət son illər ərzində mühüm irəliləyişə nail olub.
2015-ci ildən indiyə kimi şirkət istehsalatda su istifadəsinin
26.7%, istilik enerjisi istifadəsinin
27,1%, CO2 tullantıların həcminin isə
16.2% azalmasını təmin edib. 2021-ci ildə şirkət
tərəfindən satış nöqtələrində yerləşdirilən soyuducu
avadanlıqlarının 10%-i ətraf mühit üçün təhlükəsiz
xladagent vasitəsilə işləyən ekoloji cəhətdən təmiz avadanlıqlarla
əvəz olunub.

2021-ci ildə Carlsberg Azerbaijan və “ASAN Könüllüləri”
Təşkilatı arasında məsuliyyətli istehlak və ayıq
sürücülük​
istiqamətində uzunmüddətli əməkdaşlığa start
verilib. Bu əməkdaşlıq çərçivəsində Bakı, Gəncə, Sumqayıt, Bərdə və
Quba regionlarında yaşayan vətəndaşlar arasında, eləcə də rəqəmsal
mühitdə maarifləndirmə işləri və həmçinin ölkədə ilbəil
məlumatlılıq səviyyəsinin artımının monitorinqi üçün sorğular
həyata keçiriləcək.

Həmçinin, şirkət növbəti dəfə Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Coca-Cola şirkəti, ASAN Könüllüləri təşkilatı və ölkənin
biznes mühitinin digər nümayəndələri ilə birgə beynəlxalq
Sahilyanı Təmizlik təşəbbüsünün tərəfdaşı
oldu. Aksiya çərçivəsində Abşeron çimərliklərinin
25 hektar ərazisindən 6.5 tondan çox tullantı
toplanılıb.

1 yanvar 2022-ci il tarixində Alius Antulis Carlsberg
Azerbaijan şirkətinin baş direktoru vəzifəsinə təyin edilib. O, bu
vəzifədə 4.5 il ərzində çalışmış Vyaçeslav Maltsevi əvəz
edib
.

“Rəhbərlik etdiyim müddət ərzində son illərin uğurlarını
möhkəmləndirmək və şirkəti daha yüksək zirvələrə qaldırmaq üçün
əlimdən gələni edəcəyəm. Mən çox şadam ki, Azərbaycan olduqca
münbit biznes mühitinə malikdir və dövlət qurumları həmişə
əməkdaşlıq və dialoq üçün açıqdırlar. 2022-ci ildə məhsulun
keyfiyyətinə, ölkədə brendlərin və pivə bazarının inkişaf
etdirilməsinə sərmayə yatırmağa davam edəcəyik. İstehlakçıları
şirkətin alkoqollu və alkoqolsuz içki portfelində maraqlı
yenilikərlə sevindirəcəyimizə ümid edirik. Mən inanıram ki, 2022-ci
ildə Carlsberg Azerbaijan şirkətini peşəkar komandasının nizamlı
işi sayəsində şirkət ölkədə pivə sənayesi və qeyri-neft sektorunun
inkişafına töhfə verəcək”,- Alius Antulis bildirib.

Şirkət barədə məlumat:

Carlsberg Azerbaijan pivəbişirmə zavodu Azərbaycanın
paytaxtından 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir.
Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir. Şirkətdə
təxminən 250 nəfər əməkdaş çalışır, əlaqəli sənayelər
(təchizatçılar, pərakəndə satış, otel sektoru) üzrə isə iş
yerlərinin sayı 3000-dən çoxdur. Zavodun inkişafına yönəlmiş
şirkətin ümumi sərmayəsi təxminən 60 milyon AZN təşkil edir. Şirkət
portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg
Blanc 1664, Seth&Riley’s Garage kimi məşhur markalar
daxildir.

1847-ci ildə təsis edilmiş Carlsberg Group hazırda dünyanın ən
böyük pivə istehsalçılarından biridir. Şirkətin baş ofisi
Danimarkanın paytaxtı Kopenhagendə yerləşir. Carlsberg Group
dünyanın üç böyük regionunda – Qərbi Avropa, Mərkəzi və Şərqi
Avropa və Asiyada onlarla ölkədə zavodlara malikdir. Şirkətin
portfelinə 140-dan çox pivə brendi daxildir. Carlsberg Group
işçilərinin ümumi sayı 40.000 nəfərdən çoxdur.

  • 2020-ci ilin göstəricilərinə nisbətən
Teqlər: