Yelo Bank-da İnsan hüquqları üzrə müsabiqə baş tutub (FOTO)

Fəal təhsil dəstəkçisi olan Yelo Bank bu dəfə gənc
hüquqşünaslara qapılarını açdı. Bankın maliyyə və təşkilati dəstəyi
ilə ELSA Azerbaijan (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası)
tərəfindən İnsan hüquqları I Natiqlik Müsabiqəsi həyata keçirildi.
Müsabiqənin 3 gün davam edən yarımfinal və final mərhələləri Bankın
Baş ofisinin tədbir zalında baş tutdu.

30 yaşadək gənc hüquqşünaslar seçdikləri və İnsan hüquqlarını
əhatə edən mövzularda 10 dəqiqəlik çıxışlar etdilər. Aralarında
Yelo Bank hüquqşünaslarının da yer aldığı münsiflər heyəti
iştirakçıları mövzuya hakimlik, natiqlik qabiliyyəti, bədən dili,
məzmun, analiz və s. keyfiyyətlərə görə dəyərləndirdilər. Münsif
xallarına əsasən yarımfinalda ən yüksək xalı toplamış 7 gənc finala
keçmək hüququ qazandı. Final 28 May Müstəqillik günü baş tutdu.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan final
mərhələsinin iştirakçıları bu dəfə eyni mövzuda təsdiq və ya inkar
mövqeyində yarışdılar. Çıxışların yekununda münsiflər heyətinin
verdikləri xala görə 3 ən yaxşı natiq müəyyənləndirilərək qalib
seçildi. Hər 3 qalibə sertifikatlar, pul mükafatı və kubok təqdim
olundu.

Yelo Bank Korporativ Sosial Məsuliyyət layihələrini ərsəyə
gətirərkən gənclərin fərdi inkişafı və işgüzarlıq qabiliyyətinin
artırılmasına xüsusi diqqət edir. Bank il sonunadək cəmiyyətimizə
daha çox fayda verəcək digər layihələrin də həyata keçirilməsini
planlaşdırır.

Bank xidmətləri, o cümlədən, kredit
sifarişi
haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: