Prezident İlham Əliyev ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri
Laura Loxmanı qəbul edib.

Trend xəbər verir ki, söhbət zamanı Cənub Qaz Dəhlizinin
fəaliyyətinə toxunuldu. Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində və qazla təmin olunmasının şaxələndirilməsində
rolu vurğulandı. Ölkəmizdən Avropaya qaz ixracının artırılması ilə
bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin
müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, qlobal enerji
layihələrinin həyata keçirilməsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan
layihəsinin reallaşdırılmasında ABŞ hökumətinin Azərbaycana verdiyi
daimi dəstək yüksək qiymətləndirildi. Azərbaycanda elektrik
enerjisi və bərpaolunan enerji sahəsində həyata keçirilən
genişmiqyaslı işlərdən danışıldı.

Söhbət zamanı Bakıda ənənəvi keçirilən Beynəlxalq Xəzər Neft və
Qaz Sərgisinin önəmi qeyd edildi və bu tədbirin energetika
sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verdiyi
bildirildi.

Teqlər: