Yaxın zamanlarda kirayə mənzillərin ucuzlaşması gözlənilmir – Ekspert

Hazırda paytaxtda kirayə mənzillərə tələbat çoxdur.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur
Fərzəliyev deyib.

Onun sözlərinə görə, Bakıda mərhələli şəkildə köhnə binaların
söküntüsü davam edir:

“Bunun nəticəsində həm sökülən binalarda kirayə verilən
mənzillər sıradan çıxmış olur, həm də həmin binalarda yaşayan daimi
sakinlər də məcburən iki il ərzində kirayədə yaşayırlar. Nəzərə
almalıyıq ki, paytaxtda qəzalı və istismar müddətini başa vurmuş
kifayət qədər bina var”, – E.Fərzəliyev deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda kirayə verilən mənzillərin
ucuzlaşması gözlənilmir:

“Fikrimcə azad edilmiş ərazilərimizdə tikinti, bərpa işləri
bitdikdən sonra, məcburi köçkünlər ora qayıtdıqdan sonra paytaxtda
kirayəyə tələbat azalacaq və qiymətlərdə enmələr müşahidə
olunacaq”, – E.Fərzəliyev vurğulayıb.

Ekspert əlavə edib ki, qiymətləri aşağı sal biləcək amillərdən
biri də tələbə yataqxanalarının tikintisi ola bilər.

Teqlər: