Yaxın vaxtlarda Rusiya – Ukrayna danışıqlarının aparılması gözlənilir

Rusiya nümayəndə heyəti Belarusa eyni tərkibdə gəlib, yaxın
vaxtlarda Ukrayna ilə danışıqların aparılması gözlənilir.

Trend bu barədə TASS-a istinadən məlumat verir.

“Nümayəndə heyəti yerindədir, tezliklə danışıqlar aparılacaq.
Biz Ukrayna tərəfdən məlumatı dəqiqləşdiririk”, – agentliyin
həmsöhbəti bildirib.

O qeyd edib ki, Ukrayna tərəfi ilə danışıqların üçüncü raundu
planlaşdırıldığı kimi, Belovejskaya Puşçada keçiriləcək, yer
dəyişməyib.

Qeyd edək ki, Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri
artıq Belarusda danışıqların iki raundunu keçiriblər. Rusiya
nümayəndə heyətinə Rusiya Federasiyası Prezidentinin köməkçisi
Vladimir Medinski başçılıq edib. O, bəyan edib ki, Rusiya nümayəndə
heyəti Ukrayna tərəfi ilə razılıq əldə etmək üçün nə qədər lazım
olsa, danışıqlar aparmağa hazırdır.

Teqlər: