Mingəçevir Dövlət Universitetində kitab sərgisi keçirilib (FOTO)

2022-ci ilin 2 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) İqtisadiyyat və idarəetmə fakültəsində kitab sərgisi təşkil
edilib.

MDU-nun əsas tədris binasında təşkil edilən sərgidə
universitetin tələbələri və magistrantları iqtisadi, texnoloji və
bədii mövzularda nəşr edilmiş kitablarla, eləcə də universitetin
kitabxana fonduna yeni daxill olmuş dərslik və dərs vəsaitləri ilə
tanış olublar.


Qeyd edək ki, gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində
saxlayan MDU-da tələbələr arasında kitaba marağın artırılması və
mütaliənin təbliğ edilməsi, onların universitetin kitabxanasından
daha fəal faydalanması məqsədilə belə sərgilərin keçirilməsinə
xüsusi önəm verilir.

Teqlər: