Yaşayış binası çökdü: ölənlər var

Yaşayış binası çökdü: ölənlər var

Braziliyanın Pernambuko ştatında yaşayış binası çöküb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Hadisə nəticəsində azı 8 nəfər ölüb, 5 nəfər itkin düşüb. Ölənlər arasında 8 və 5 yaşlı uşaq da var.

Məlumata görə, dağıntılar altından 4 nəfər sağ xilas edilib.

Binanın hansı səbəbdən çökməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Teqlər: