Salyanda ağır qəza: bir ailənin 5 üzvü…

Salyanda ağır qəza: bir ailənin 5 üzvü…

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-qəzası baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, hərəkətdə olan VAZ-2107 markalı avtomobil “Zaporojets” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində rayonun 20 Yanvar küçəsinin sakinləri, 1990-cı il təvəllüdlü Rauf İbrahim oğlu Quliyev, həyat yoldaşı, 1990-cı il təvəllüdlü Minurə Mehman qızı Quliyeva, onların övladları, 2014-cü il təvəllüdlü Mələk Quliyeva, 2017-ci il təvəllüdlü Q.Z və 2018-ci il təvəllüdlü Q.R müxtəlif dərəcəli xəsarətlər alıblar.

Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardımdan sonra ana və qızlarından biri Bakıya xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: