Yararsız döyüş sursatlarının növbəti utilizasiyası aparılacaq – MN

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa
çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının
təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə
utilizasiyası davam etdirilir.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi
04.05.2022-ci il tarixdən 07.05.2022-ci il tarixədək Seyfəli
poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi
məlumat veriləcək.

Teqlər: