Ərdoğan 1 milyon suriyalı qaçqının geri qayıtması üzrə yeni layihəni elan edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədəki məskunlaşmış
suriyalı qaçqınlardan 1 milyon nəfərinin geri qaytarılması üzrə
yeni layihəni elan edib.

Trend-in
məlumatına görə, bu barədə o, qaçqınlar üçün İdlib əyalətində
tikilmiş evlərin onlayn təqdimatı zamanı deyib.

“Bu günədək 500 minə yaxın suriyalı qaçqın təhlükəsiz bölgələrə
qayıdıb. Buna bizim inşa etdiyimiz briket evlər yardımçı olub. Biz
bir milyon suriyalı qardaşımızın könüllü qayıdış imkanın təmin edə
biləcək yeni layihə hazırlayırıq. Layihə Suriyanın 13 bölgəsində, o
cümlədən, Azaz, Təl-Əbyad, Cərablus bölgələrində icra olunacaq” –
R.T.Ərdoğan deyib.