Yaponiyanın sahillərində 5,9 bal gücündə zəlzələ baş verib

Sakit okeanda Yaponiyanın Honşu adasının şərq sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri İvaki şəhərindən 118 km cənub-şərqdə (əhalisi təxminən 357 min nəfər), ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat verilməyib.