Cəlibadda iki minik avtomobili toqquşub

Cəlilabad rayonunda “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Teqlər: