Sakit okeanda Yaponiyanın Honşu adasının şərq sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri İvaki şəhərindən 118 km cənub-şərqdə (əhalisi təxminən 357 min nəfər), ocağı isə 20 kilometr dərinlikdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.