Yaponiyada torpaq sürüşməsi nəticəsində ən azı 5 nəfər xəsarət alıb

Yaponiyanın mərkəzi Naqano prefekturasında torpaq sürüşməsi baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 5 nəfər xəsarət alıb.


Artıq bir neçə gündür Yaponiyada güclü yağışlar davam edir. Ölkənin cənub-qərbindəki bəzi bölgələrdə son üç gündə 700 ilə 1000 mm arasında yağıntı düşüb ki, bu da avqust ayının ortalama normasından 3 dəfə çoxdur. Yağışlar çaylarda və su anbarlarında suyun səviyyəsinin kritik səviyyəyə yüksəlməsinə səbəb olub. Ölkənin altı əyalətində 680 min sakinə tövsiyə edilib.

Teqlər: