İsmayıllıda 5 otaqlı ev yanıb

İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 120 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 25 ton ot bağlaması və yaxınlıqda həyətyanı sahədə 10 ton ot bağlaması yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, yaxınlıqdakı tikililər və ot bağlamaları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Teqlər: