Yaponiyada təyyarə qəzaya uğrayıb

Yaponiyanın cənub-qərbindəki Saqa prefekturasında
yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in
məlumatına görə, hadisə nəticəsində göyərtədə olan iki nəfər ağır
xəsarətlər alıb.

Qeyd olunur ki, təyyarə sahil yaxınlığında dənizə çırpılıb.
Xilasedicilər xəsarət alanları təyyarədən çıxararaq xəstəxanaya
çatdırıb.

Hazırda qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.