Yaponiyada sualtı qayıqla ticarət gəmisi toqquşub

Xəbər - Orxan Nəbiyev – Trend:

Yaponiya Silahlı Qüvvələrinin sualtı qayığı Koti prefekturası sahillərində özəl ticarət gəmisi ilə toqquşub.

AzerTimes-ın məlumatına görə, qəza sualtı qayığın suyun səthinə qalxması zamanı baş verib.

İlkin məlumatlara əsasən, qayığın korpusunun üst hissəsinə ziyan dəyib. Azı 3 heyət üzvünün xəsarət aldığı deyilir.