Bölgələrdə V-IX siniflər ənənəvi tədrisə başlayıb (FOTO)

Xəbər - İlhamə İsabalayeva – Trend:

Fevralın 8-dən Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədris forması qismən bərpa olunub.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, şagirdlər arasında ən azı 1.5 metr məsafəni gözləməyə imkan verən məktəblərdə tədris qeyd edilən siniflər üzrə həftədə 5 dəfə, həmin şərti ödəməyən məktəblərdə isə həftədə 3 dəfə təşkil ediləcək.


Gəncə, Quba, İsmayıllı, Ağstafa, Daşkəsən, Şəki, Ağdam və Füzulidə yerləşən məktəblərdən bu günə dair görüntüləri təqdim edirik.

Teqlər: