Yaponiyada kruiz gəmisinin itdiyi ərazidə 9 nəfər tapılıb

Yaponiyanın Hokkaydo sahillərində “KAZU 1” kruiz gəmisinin
itdiyi ərazi yaxınlığında 9 nəfər tapılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib. Məlumata
əsasən, onlar huşunu itiriblər.

Qeyd edək ki, “KAZU 1” kruiz gəmisi ötən gün gündüz saatlarında
batması barədə siqnal göndərib, bundan sonra gəmi ilə əlaqə
kəsilib. Gəmidə iki uşaq da daxil olmaqla 24 sərnişin, həmçinin
kapitan və onun köməkçisi olub.