Bakıda avtomobil təmiri sexi və bir maşın yanıb

Bakı şəhərinin Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonda ümumi sahəsi 43
m² olan avtomobil təmiri sexinin dam örtüyünün taxta atmaları
qismən və lambirindən ibarət tavanı, sexin içərisində təmirə
dayanan “Ford ” markalı minik avtomobilinin yanar hissələri və
avadanlıqlar, bitişik ümumi sahəsi 25 m² olan digər sexin dam
örtüyünün taxta atmaları 5 m² sahədə yanıb. Hər iki sexin qalan
hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: