Yaponiyada daha bir güclü zəlzələ oldu

Yaponiyada daha bir güclü zəlzələ oldu

Yaponiyanın Hokkaydo prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında bildirilib.

Yeraltı təkan Hakodate şəhərindən 115 kilometr şərqdə qeydə alınıb. Zəlzələ yerin 60 kilometr dərinliyində baş verib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün də Yaponiya sahillərində 5,5 bal gücündə zəlzələ olub.

Teqlər: