Bakıda əqli çatışmazlığı olan şəxs polisə xəsarət yetirdi

Bakıda əqli çatışmazlığı olan şəxs polisə xəsarət yetirdi

Bakının Xəzər rayonunda əqli çatışmazlığı olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.

AzerTimes xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

DİN rəsmisi deyib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H.Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

Teqlər: