Yaponiya sahillərində kruiz gəmisi batır

Yaponiyanın şimalında, Hokkaydo adası sahillərində kruiz gəmisi
batır.

Trend-in
məlumatına görə, bu barədə Yaponiya televiziyası bildirib.

Gəmidə 30-a yaxın şəxsin olduğu deyilir. Qeyd olunur ki, onlar
xilasedici jiletlərini geyərək xilasedicilərin yaxınlaşmasını
gözləyirlər.

Hadisə yerinə patrul qayıqları və təyyarələr göndərilib.

Qəzanın səbəbləri ilə bağlı açıqlama verilməyib.