Yaponiya Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib

Yaponiya hökuməti Rusiyaya qarşı bir sıra məhdudlaşdırıcı
tədbirlər tətbiq etmək qərarına gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə Yaponiya Baş naziri Fumio Kisida
bildirib.

O, Moskvanı “Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün
diplomatik addımlara qayıtmağa” çağırıb və qeyd edib ki, qondarma
“DNR” və “LNR”nin müstəqilliyinin tanınması “Ukraynanın suverenliyi
və ərazi bütövlüyünün pozulmasıdır”.


Baş nazir bildirib ki, buna görə “ölkəmiz sanksiyalar tətbiq
etmək qərarına gəlib”.

Teqlər: