Gürcüstanın ticarət və nəqliyyat sektorlarına yardım AİB-in əsas prioriteti olaraq qalır – Daimi nümayəndə (MÜSAHİBƏ)

Balı. Maryana Əhmıdova – Trend:

Asiya İnkişaf Bankının (AİB) əsas prioriteti Gürcüstanda əsas
ticarət və nəqliyyat dəhlizlərinin çatışmayan hissələrinin
yaradılmasını başa çatdırmaqdır.

Bu barədə AzerTimes-a
özəl müsahibəsində AİB-in Gürcüstandakı daimi nümayəndəsi Şeyn
Rozental deyib.

“Bu, Gürcüstana regional ticarət, nəqliyyat, logistika və
tranzit qovşağı, o cümlədən ticarət və logistika göstəricilərinin
yaxşılaşdırılması hesabına kimi coğrafi mövqeyindən faydalanmağa
kömək edəcək”, – deyə Ş.Rozental qeyd edib.

Onun sözlərinə görə, AİB Gürcüstanın ən böyük tərəfdaşlarından
biri olmaqla, bütün əməkdaşlıq dövrü ərzində bu ölkəyə inkişaf üçün
1,7 milyard dollar ayırıb.

Ş.Rozental qeyd edib ki, bir neçə ildir ki, AİB infrastruktura
böyük sərmayələr yatırmaqla nəqliyyat sektorunun potensialını
maksimum dərəcədə artırmaqda Gürcüstana dəstək verib.

Daimi nümayəndənin sözlərinə görə, AİB Gürcüstana strateji
nəqliyyat dəhlizlərinin və ikinci dərəcəli yolların inkişafı üçün
1,3 milyard dollardan çox vəsait ayırıb ki, bu da sektorun Avropa
standartlarına uyğunlaşdırılmasına kömək edir. Bu sərmayələr
Şərq-Qərb magistralının əsas hissələrini və Şimal-Cənub nəqliyyat
dəhlizi boyunca magistral yolu əhatə edir.

Bankın daimi nümayəndəsi bildirib ki, AİB təhlükəsiz su
xidmətlərinin təmin edilməsi, kənd və şəhər yerlərində tarazlı
inkişafı təmin etmək üçün elektrik enerjisinin ötürülməsi sektorunu
gücləndirmək üçün əhəmiyyətli investisiyalar yatırıb.

Ş.Rosental qeyd edib ki, bank 2021-ci ilin noyabrında
bələdiyyələr üçün 120 milyon ABŞ dolları məbləğində investisiya
proqramını təsdiqləyib və bu, Gürcüstan şəhərlərində mövcud
infrastrukturun modernləşdirilməsi və xidmətlərin
təkmilləşdirilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, COVID-19 pandemiyası zamanı AİB Gürcüstan
hökumətinə həssas qrupları qorumaq və biznesi dəstəkləmək üçün
tədbirləri maliyyələşdirməyə kömək edib:

“Son iki il ərzində AİB Gürcüstana koronavirusla mübarizə üçün
300 milyon dollar yardım edib. Biz, həmçinin Asiya Sakit Okeanı
regionunda Peyvəndlərə əlçatanlıq üzrə Mərkəzi vasitəsilə
vaksinlərin alınması üçün 15 milyon dollar ayırmışıq”.

Onun fikrincə, struktur islahatları təkcə COVID-19
pandemiyasının təsirlərini yumşaltmaq üçün deyil, daha geniş
şəkildə Gürcüstanda iqtisadi artımı və iş yerlərinin yaradılmasını
dəstəkləmək üçün həlledici rol oynamaqda qalır:

“AİB Gürcüstanda nəqliyyat və ticarətin asanlaşdırılması, su və
kanalizasiya infrastrukturu, kənd təsərrüfatı və irriqasiya, enerji
və ictimai müəssisə islahatı kimi əsas islahat sahələrində
dinamikasına dəstək verir və onu gücləndirir”.

AİB-in Gürcüstanın enerji sektoruna dəstəyindən danışan Daimi
Nümayəndə qeyd edib ki, ölkənin yaşıl və bərpa olunan enerji
potensialı ekoloji dayanıqlıq və iqlim dəyişikliyinin təsirinin
azaldılması üçün mühüm əhəmiyyət kəsb edir.


Onun sözlərinə görə, AİB dəstəyi ilə su təchizatı və bərpa
olunan enerji holdinq şirkəti olan “Georgia Global Utilities”
2020-ci ildə Tbilisidə və yaxınlıqdakı bələdiyyələrdə su
təchizatını genişləndirə, eləcə də bərpa olunan enerji və suyun
tənzimlənməsinə əvvəlki investisiyalar üçün borcları yenidən
maliyyələşdirə bilib.

O, həmçinin 2021-ci ildə Gürcüstanın elektrik enerjisinin
ötürülməsi sektorunun transformasiyasına kömək etmək üçün AİB
tərəfindən verilən 100 milyon dollar krediti qeyd edib:

“Bu kredit Gürcüstanın ixrac potensialını və elektrik enerjisi
bazarının liberallaşdırılması islahatlarını ölkədə ilk enerji
mübadiləsinin planlaşdırılan yaradılması yolu ilə inkişaf etdirmək
məqsədi daşıyır ki, bu təşəbbüs beynəlxalq təcrübəyə uyğundur”.

Daimi Nümayəndə əlavə edib ki, AİB struktur islahatlarının
həyata keçirilməsində Gürcüstana dəstəyi davam etdirəcək, həmçinin
2022-ci ildə bir neçə yeni proqram təqdim edəcək.

Onun sözlərinə görə, AİB e-mobillik sahəsində innovativ
yanaşmaları, Gürcüstanda daha dayanıqlı və şaxələndirilmiş
iqtisadiyyat üçün hidrogen texnologiyalarından istifadəni
dəstəkləməyə davam edəcək:

“Gürcüstanda AİB-in yeni strateji təşəbbüsləri ən vacib
infrastruktur, idarəetmə və dövlət sektoru islahatları və insan
kapitalının inkişafının dəstəklənməsi üçün yönəldiləcək”.

Daimi nümayəndənin sözlərinə görə, bu il AİB-in Gürcüstandakı
təşəbbüslərindən biri iqlim şəraiti nəzərə alınmaqla kənd
təsərrüfatının və irriqasiyanın inkişafı ilə bağlı olacaq:

“AİB investisiyaları yeni texnologiyaların, özəl sektorun
dəstəklənməsinə və dayanıqlı nəqliyyatın şəhər mühitinə
inteqrasiyasına yönələcək. İqlim dəyişikliyi ilə mübarizədə
hökumətə bilik və maliyyə yardımı göstərməklə dəstək olmaq bizim
əsas prioritetlərimizdən olacaq”.

“Biz peşə təhsili və təlimi sahəsində də Gürcüstan hökuməti ilə
birgə çalışırıq. AİB müasir ümumi təhsil vasitəsilə bacarıqların
inkişafına və əmək bazarının məhsuldarlığına dəstək verəcək”, –
deyə Ş.Rosental əlavə edib.

“AİB-nin əsas prioriteti Gürcüstanda əsas ticarət və nəqliyyat
dəhlizlərinin çatışmayan hissələrinin yaradılmasını başa
çatdırmaqdır. Bu, Gürcüstana regional ticarət, nəqliyyat, logistika
və tranzit qovşağı, o cümlədən ticarət və logistika
göstəricilərinin yaxşılaşdırılması hesabına kimi coğrafi
mövqeyindən faydalanmağa kömək edəcək”, – deyə daimi nümayəndə
bildirib.

Onun sözlərinə görə, AİB nəqliyyat və kommunikasiya, su
təchizatı və kanalizasiya sahələrində, eləcə də Gürcüstanın enerji
sektorunda islahatları dəstəkləməyə davam edəcək.

Teqlər: