Yapon ekspert: Türkiyəni 8 ballıq zəlzələ gözləyir!

Yapon ekspert: Türkiyəni 8 ballıq zəlzələ gözləyir!

Türkiyədə Mərmərə regionunu 7,9 bal gücündə zəlzələ gözləyir. Tələfat isə fevral fəlakətindən 2-3 dəfə çox ola bilər.

AzerTimes xəbər verir ki, bu barədə yaponiyalı mütəxəssis Yoşinori Morivaki deyib.

“Əgər torpaq süxuru pisdirsə, 2000-ci ildən sonra bina tikməyə icazənın olub-olmamasına baxmaq lazımdır. Təəssüf ki, Türkiyədə icazəsiz tikililər çoxdur”, – deyə o bildirib.

Ekspert Bingöl, Karlıova, Bitlis, Muş, Mərmərə və İzmirdə güclü zəlzələlərin olacağını bildirib:

“Hər halda Türkiyə və Yaponiya eynidir, hər yerdə zəlzələ ola bilər. Zəlzələlər davam edə bilər. Biz buna hər zaman hazır olmalıyıq”, – ekspert bildirib.

Teqlər: